“Hörümçək adam”ın (“Spider-Man”) komiks səhifəsi Texasdakı “Heritage Auctions” hərracında 3,36 mln. dollara satılıb.

Bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.

Məlumata görə, illüstrasiya 1984-cü ilə aiddir. Rəssam Mayk Zek məşhur komiks personajını ilk dəfə qara kostyumda canlandırıb.

Hərrac evinin vitse-prezidenti Co Maddalena telekanala bildirib ki, “Hörümçək adam” komiksinin səhifəsindən sonra “Superman” lomiksinin ilk buraxılışının yüksək keyfiyyətli nüsxəsi realizə edilib. Sözügedən lot 3,18 mln. dollara satılıb.

Kanalın məlumatına görə, son vaxtlar hərracda Pokemon və komikslər olan kartlar yüksək qiymətə satılır.