Cəbrayıl rayonunun Horovlu kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı iş aparır.

Dövlət Xidməti görüləcək işlərin 45.197.733 manata başa gələcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, Cəbrayıla ilk köç bu ilin ikinci yarımilinə nəzərdə tutulub.