“Honor 90” smartfonu bu ilin 6 iyulunda qlobal bazara təqdim olunacaq.
İqtisadiyyat.az xəbər verir ki, tədbir Fransanın paytaxtı Parisdə baş tutacaq. Smartfonun qlobal versiyası Çindəki təqdimatından iki ay sonra reallaşacaq.
“Honor 90” 6,7 düymlük OLED ekranı 120 Hz-ə qədər yeniləmə sürətinə, səkkiz nüvəli Snapdragon 7 Gen1 prosessoruna və 5000 mAh batareyaya malikdir. Həmçinin 66 Vt-a qədər sürətli enerjini dəstəkləyir.
Əsas kamera sistemi 200MP əsas kamera, 12MP ultra geniş bucaq sensoru və 2MP dərinlik sensoru olmaqla üç moduldan ibarətdir. Ön kameranın təsvir ölçüsü 50 MP-dir.