Hollivudda süni intellektlə bağlı vəziyyət narahatlıq yaradıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Hollivud aktyorları təxminən yarım əsrlik fasilədən sonra ilk dəfə tətilə çıxıblar. Tətil qərarının arxasında süni intellektin dayandığı məlum olub. 

Belə ki, Aktyorlar İttifaqının üzvləri süni intellektin yaradıcı peşələr üçün təhlükəyə çevrildiyini bildiriblər. Kino sənayesində süni intellektin istifadəsinin genişlənməsi minlərlə insanın işsiz qalmasına yol aça bilər. 

Ekspertlərə görə, yalnız süni intellektlə işləyə bilən ssenaristlər və səs sənətçiləri ayaqda qala biləcəklər.

Gülşən Şərif

İqtisadiyyat.az