"Hasilat hazırkı səviyyədə davam edərsə, Hollandiyada təbii qaz ehtiyatları doqquz ildən az müddətdə tamamilə tükənəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hollandiya Statistika Komitəsi (CBS) xəbərdarlıq edib.

CBS-nin məlumatına görə, ötən il Hollandiya müxtəlif yataqlardan ümumilikdə 16,1 milyard kubmetr qaz hasil edib. Öz növbəsində, kəşf edilmiş ümumi ehtiyatlar hazırda 142 milyard kubmetr qiymətləndirilir.