Hollandiyada həmkarlar ittifaqlarının kollektiv müqavilədə əksini tapmış vəziyyətin yaxşılaşdırılması tələblərinə baxılmadığı üçün ictimai nəqliyyat işçiləri tətil etmək qərarına gəlib.

Hollandiya Həmkarlar İttifaqları Konfederasiyası (FNV) və müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə ictimai nəqliyyat işçiləri ölkə daxilində 2 günlük tətilə başlayıblar.

Etiraza bir çox regional qatar, avtobus, tramvay və digər ictimai nəqliyyat işçiləri də qoşulublar. İşçilər artım tempinin və iş şəraitinin yaxşılaşdırılmasını istəyirlər.

Tramvay nəqliyyatının dayandığı Utrext şəhərində avtobusların hərəkətində ciddi gecikmələr yaranıb.