Mançester Siti" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Kopenhagen"i 3:1 hesabı ilə məğlub edib.

İqtisadiyyat.az xəbər verir ki, "şəhərlilər"in üçüncü qolunun müəllifi Erlinq Haaland olub. 

Bununla da o, Çempionlar Liqasında vurduğu qolların sayını 42-yə çatdırıb.

Norveçli futbolçu bu göstəricidə komandanın sabiq futbolçusu Serxio Aqueronu qabaqlayıb.

Premyer Liqa təmsilçisi iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksələn komanda olub - (6:2).