Hizbullah təşkilatı Moskva vilayətində "Crocus City Hall"da törədilən terror aktını pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq bəyanat təşkilatın "Telegram" kanalında dərc olunub.

"Biz Moskvanın ən böyük əyləncə mərkəzlərindən birində törədilən qanlı terror aktını qətiyyətlə pisləyirik", - bəyanatda deyilir.