"Hizbullah" lideri Həsən Nəsrullahın cəsədi Beyrutdakı dağıntılar altından çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi təhlükəsizlik orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

Dağıntılar altından çıxarılan Həsən Nəsrullah başından və bədənindən aldığı küt travma nəticəsində həyatını itirib.

Qeyd edək ki, "Hizbullah" lideri İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 27-də Beyrutun Dahiya məhəlləsinə endirdiyi zərbə nəticəsində həyatını itirib.