Hizbullah partiyasının silahlı qanadı Khirbet Maer sərhəd bölgəsində İsrail ordusunun artilleriya bazasına raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun "Telegram" kanalında yerləşdirilmiş bəyanatında deyilir.
Məlumata görə, birbaşa zərbə nəticəsində İsrail əsgərləri ölüb və yaralanıb.
Məlumatda Yuxarı Qalileydə Metula qəsəbəsi yaxınlığında İsrailin mexanikləşdirilmiş patrul dəstələrinin də atəşə tutulduğu bildirilib: "İslam müqavimət döyüşçüləri bu əməliyyatları düşmən qüvvələrinin Livanın cənubundakı mülki yaşayış məntəqələrinə hücumlarına cavab olaraq həyata keçirib".