"2008-ci il qlobal maliyyə böhranından sonra BRİCS-in mövcudluğunun ilk illərində olduğu kimi, pandemiyanın nəticələri, geosiyasi gərginliklər və iqtisadi çağırışlardan nəticəsində birlik ölkələrinin rolu yenidən vaciblik qazanıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi birliyin Yohannesburqda keçirilən sammiti çərçivəsində BRİCS Biznes Forumunda çıxışı zamanı deyib.

"2009-cu ildə BRİCS-in ilk sammiti keçiriləndə dünya böyük maliyyə böhranından təzəcə çıxırdı. O dövrdə BRİCS qlobal iqtisadiyyat üçün bir ümid şüası kimi meydana çıxdı. İndiki dövrdə də COVİD pandemiyası, gərginlik və dünyanın iqtisadi problemlərlə üzləşdiyi belə bir zamanda BRİCS ölkələrinin rolu bir daha vacibdir”, - Modi bildirib.