Hindistanın Maharaştra əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 22 nəfər ölüb.
İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bölgədəki 50 evdən 17-si torpaq altında qalıb, ağaclar aşıb, bir çox yer palçıqda qalıb.
Bölgədə fəaliyyət göstərən axtarış-xilasetmə qrupları dağıntılar altında qalan ən az 100 nəfərin axtarışı üçün axtarış-xilasetmə işlərini sürətləndirib.
Güclü yağışlar səbəbindən axtarış-xilasetmə işlərinin çətinləşdiyi bildirilib. Səlahiyyətlilər bölgədə daha çox sürüşmənin baş verəcəyindən narahatdırlar.