Hindistanın şimalında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 50-dən çox insan həyatını itirib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Məlumata görə, ölkənin şimalındakı Himaçal-Pradeş əyalətində güclü yağış və külək təsirini davam etdirir.
Himaçal Pradeş əyalətinin baş naziri Sukhvinder Singh Sukhu qeyd edib ki, son 24 saatda əyalətdə 50-dən çox insan həyatını itirib, 20-dən çox insan isə köməksiz vəziyyətdə qalıb.
Ölü sayının artacağı proqnozlaşdırılıb.