Ötən ay Hindistanda xarici kapital axını 3,4 milyard dollar təşkil edib. Bununla da ölkədə kapital axını son 1 ilin maksimumuna çatıb.

Bu barədə İqtisadiyyat.az “Business Standard”a istinadən xəbər verir.

Bu dinamikanın əsas səbəbləri ölkədə xarici investisiyaların böyük payına malik iri şirkətlərin məyusedici maliyyə nəticələri, ABŞ istiqrazlarının gəlirliliyi və geosiyasi qeyri-müəyyənliyin artmasıdır.

Ekspertlərin fikrincə, gələcəkdə ölkəyə yatırılan xarici investisiyaların həcminə Hindistan büdcəsi, inkişaf etmiş ölkələrdə faiz dərəcələrinin dinamikası, eləcə də Çin iqtisadiyyatındakı vəziyyət təsir edəcək.

 

Gözəl Həşimova