Hindistanda son sutkada 53 016 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.
Bildirilib ki, ölkə üzrə yoluxanların ümumi sayı 2 267 153 nəfərə yüksəlib.
Cənubi Asiyanın bu ölkəsində son sutkada 887 nəfər pandemiyanın qurbanı olub. Pandemiya qurbanlarının sayı 45 353nəfərə çatıb.
Məlumata görə, hazırda xəstəxanalarda 640 160 pasiyent müalicə alır, 1 581 640nəfər isə sağalaraq evə buraxılıb.report