Hindistan hökuməti şəkər ixracına qoyulan məhdudiyyətləri oktyabrın 31-dən sonrakı xəbərdarlığa qədər uzatmaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xarici Ticarət Baş İdarəsi bildirib.

Məlumata görə, tədbir bayram mövsümündə və beş ştatda seçkilər ərəfəsində daxili qiymətlərin hər hansı artımının qarşısını almaq məqsədi daşıyır.

Xatırladaq ki, Hindistan 2022-ci ilin iyun ayından 31 oktyabr 2023-cü ilə qədər şəkər ixracına məhdudiyyət tətbiq edilib. Ölkə, həmçinin xam şəkərin emalı üçün kvota təyin edib. Hindistan 2022-2023 məhsul ilində 62 milyon ton şəkər ixrac edib.

Qeyd edək ki, Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 17,7 milyon dollar dəyərində şəkər ixrac edib, 199,7 milyon dollar dəyərində isə idxal edib.

 

Gözəl Həşimova