Rusiyadan Hindistana neft tədarükü son 9 ayda ilk dəfə iyul ayında azalıb.

İqtisadiyyat.az “Praym”a istinadən xəbər verir ki, Hindistan iyul ayında Rusiya və Səudiyyə Ərəbistanından neft idxalını kəskin şəkildə azaldıb.

Məlumata görə, xammal qiymətlərinin artması və "OPEC+"un hasilatının azaldılması fonunda ölkəyə neft tədarükü azalıb. Hesabat dövründə Hindistanın Rusiyadan idxalı 5,7% azalaraq gündəlik 1,85 milyon barelə enib.

 

Gözəl Həşimova