Hindistan dünya bazarında ABŞ və Çindən sonra üçüncü ən böyük mülki təyyarə alıcısına çevrilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya Nazirliyi məlumat yayıb.

Məlumata görə, hökümət 2030-cu ilə qədər sərnişin axınını 300 milyona, hava limanlarının sayını isə 200-ə çatdırmağı qarşısına məqsəd qoyub. Buna görə də Hindistan mülki təyyarə alışını artırır.

Bildirilib ki, ötən il Hindistan 540 təyyarə sifariş edib.

 

Gözəl Həşimova