Hindistan 2028-ci ildə ümumi daxili məhsulun (ÜDM) artımı baxımından dünyada birinci ölkə və qlobal iqtisadi inkişafın əsas sürücüsü ola bilər.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, hazırkı Baş nazir Narendra Modinin hökuməti üçüncü müddətə yenidən seçilərsə, çoxvektorlu iqtisadi siyasət yürütməli olacaq. Söhbət digər məsələlərlə yanaşı, infrastrukturun yaxşılaşdırılmasından, əmək məhsuldarlığının artırılmasından, müəssisələrin və iş yerlərinin sayının artırılmasından, eləcə də respublikanın fəal urbanizasiyasından gedir.

Bildirilib ki, Hindistanın illik iqtisadi artımının cari onilliyin sonuna kimi 9%-ə çatacağı proqnozlaşdırılır. Bununla da Hindistan dünyanın ən böyük 5 iqtisadiyyatını qabaqlayacaq.

 

Gözəl Həşimova