Bu ilin yanvar ayında Azərbaycanla Hindistanın ticarət dövriyyəsi 93,9 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 13,5 milyon dollar azdır.

Hesabat dövründə Azərbaycanın Hindistana ixracının dəyəri 79,6 milyon dollar, bu ölkədən idxalının dəyəri isə 14,2 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova