Bazar günü, martın 26-da səhər Hindistan Kosmik Tədqiqatlar Təşkilatı 36 OneWeb rabitə peyki ilə ağır LVM3 raketini buraxdı.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edildiyi kimi, raket yerli vaxtla 9:00-da ölkənin cənub-şərqində, Şriharikota adasında yerləşən Satish Dhawan Kosmik Mərkəzindən buraxılıb.

Gözlənildiyi kimi, bu peyklər kosmosdan dünyanın istənilən nöqtəsini yüksəksürətli internetlə təmin edəcək.