Bizə səhər oyanmaqda, digər insanlarla yerindən və zamanından asılı olmayaraq əlaqə yaratmaqda, evdən çıxmadan yerdə və hətta kainatda baş verən hadisələri öyrənməkdə kömək edən telefon, bütövlükdə onlarla ixtisas sahibinin işini görə bilməsi üçün ehtiyacı olduğu bəlkə də yeganə vasitə olan kompüterlər, gözlərimizlə heç vaxt görə bilməyəciyimiz beynimizi və digər daxili orqanlarımızı bizə göstərə bilən tibbi avadanlıqlar – İnformasiya Texnologiyaları (İT). Uşaqdan böyüyə demək olar ki hərkəsin həyatının ayrılmaz hissəsinə çevrilmiş İT hərgün dayanmadan inkişaf edən və innovativliyi ilə hardasa bütün insanlığın yaşam tərzi və standartlarını dəyişib və dəyişməkdə də davam edir. Bütün bunlar 21-ci əsrin texnologiya erası olduğunun danılmaz göstəriciləridirlər. Bəs informasiya texnologiyaları yuxarıda sadalanan cihazlarlamı limitlidir? Bu sualın cavabını bilmək üçün ilk öncə İT-nin nə olduğuna baxmaq lazımdır.

             İnformasiya texnologiyaları nələrdir?

İnformasiya texnologiyaları (İT) elektron məlumatların bütün formalarını yaratmaq, emal etmək, saxlamaq, qorumaq və mübadilə etmək üçün hər hansı bir kompüter, yaddaş qurğusu, şəbəkə avadanlıqları və digər fiziki cihazların, infrastruktur və proseslərin istifadəsidir. İT tipik olaraq şəxsi və ya əyləncə məqsədləri üçün istifadə edilən texnologiyadan fərqli olaraq, biznes əməliyyatları kontekstində istifadə olunur. İT-nin kommersiya istifadəsi həm kompüter texnologiyasını, həm də telekommunikasiyanı əhatə edir.

            İnformasiya texnologiyaları nələri əhatə edir?

İT departamenti hər hansı şirkət və ya dövlət qurumunun sistemlərinin, şəbəkələrinin, məlumatlarının və tətbiqlərinin əlaqələndirilməsini, təhlükəsizliyini və düzgün işləməsini təmin edir.

İT komandası üç əsas sahəni idarə edir:

  1. Biznes proqramlarını, elektron xidmətləri və infrastrukturu (serverlər, şəbəkələr, saxlama) hosting edir və davamlı işləməsini təmin edir
  2. Proqramların, elektron xidmətlərin və infrastrukturun işinə nəzarət edir, optimallaşdırır və yaranan problemləri həll edir
  3. Proqramların, elektron xidmətlərin və infrastrukturun təhlükəsizliyinə və administrasiyasına nəzarət edir.

              İT işçiləri hansı sahələrini idarə edir?

Əksər İT işçiləri komanda şəklində işləyir və hər bir komandanın öz öhtəlikləri olur:

  • İnzibatçılıq (administrasiya) - İnzibatçılar sistemlər, şəbəkələr və proqramlar daxil olmaqla İT mühitinin gündəlik sevlerlərdə yerləşdirilmə, istismar və monitorinq prosesi ilə məşğul olurlar.
  • Dəstək - Yardım masasının işçiləri suallara cavab vermək, məlumat toplamaq və aparat və proqram təminatı ilə bağlı problemlərin aradan qaldırılması cəhdlərini istiqamətləndirmək üzrə ixtisaslaşıb.
  • Tədbiqlər - Bir çox biznes müəssisələr işləri yerinə yetirmək üçün proqram təminatlarından istifadə edirlər. Bəzi proqramlar, məsələn, elektron poçt server proqramları üçüncü bir biznes müəssisəsi tərəfindən nəzarətdə saxlanılır.
  • Uyumluluq - Müəssisələr hökumət və sənaye tərəfindən qoyulmuş tənzimləmə tələblərinə riayət etməlidirlər. İT işçiləri biznes məlumatlarına və proqramlara çıxışın təmin edilməsində və monitorinqində böyük rol oynayırlar. Bu cür resurslar tənzimləyici tələblərə cavab verən biznes idarəetmə siyasətinə uyğun istifadə olunur.

 

Eşqin Həsənov

 Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi tələbəsi    

// İqtisadiyyat.az