İqtisadiyyat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda əksini tapıb.

Konsepsiyaya əsasən, Aidiyyəti qurumlar, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2025–2027-ci illərdə həyat hadisəsi əsaslı dövlət xidmətlərinin mütəmadi olaraq təhlili və prioritet üzrə rəqəmsallaşdırılmasını təmin etməlidir. Bunun üçün həyat hadisəsi əsaslı və proaktiv dövlət xidmətləri müəyyən ediləcək.