Milli Məclis Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında qərar layihəsini qəbul edib.

Layihəyə əsasən, 2022-ci il üzrə Hesablama Palatası Aparatının (Hesablama Palatasının Naxçıvan MR üzrə idarəsi istisna olmaqla) xərclər smetası 10 085 531 manat olacaq.

Həmin vəsaitin 9 154 866 manatı əməyin ödənişi üçün nəzərdə tutulub.