Hesablama Palatasının təklifləri əsasında gömrük yığımlarına əlavə dəyər vergisinin tətbiqi dayandırılıb.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.

Hesablama Palatasının 2022-ci il fəaliyyət hesabatında prosedur xarakterli təkliflər barədə məlumat verilib.

Hesablama Palatasının təklifinə əsasən, Dövlət Gömrük Komitəsinin və tabeliyindəki gömrük orqanlarının yığım səlahiyyətində olan gömrük yığımlarına əlavə dəyər vergisinin tətbiqi 2023-cü il 1 yanvar tarixindən dayandırılıb.