İqtisadiyyat.az xəbər verir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, borca xidmət üzrə faiz xərclərinin ötən illə müqayisədə 308 mln. manat çox nəzərdə tutulması, daxili borc portfelində müşahidə edilən qısamüddətli borcların üstünlük təşkil etməsi, dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsindəki fərqli dinamika bu risk amilininin xüsusi diqqətdə saxlanılmasının vacib olduğunu göstərir.
Cari ilin 10 ayının icra göstəricisinə əsasən dövlət büdcəsinin gəlirləri xərcləri 3 mlrd. manat üstələyir ki, bu da büdcədə ilin sonuna əhəmiyyətli qalıq vəsaitlərin yaranması gözləntilərini formalaşdırır. Təklif edirik ki, vaxtı çatmış öhdəliklərin birbaşa sərbəst qalıq hesabına ödənilməsi ilə bağlı icra mexanizmi yaradılsın. Bununla yanaşı, profisitli büdcə şəraitində borclanmadan istifadə edilməməsinə və monetar siyasətin hədəfləri nəzərə alınmaqla qısamüddətli istiqrazların vaxtından əvvəl investorlardan geri alınması məsələsinə də baxıla bilər. Qeyd etdiyim bu hallar dövlət borcunun həcminin azaldılması ilə yanaşı, növbəti illərdə faiz xərclərinin əhəmiyyətli dərəcədə artımının qarşısının alınmasına imkanlar yaradar.