“Herta”nın və Mərakeş millisinin 25 yaşlı yarımmüdafiəçisi Aymen Barkok Berlindəki gecə klublarından birində hücuma məruz qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Naməlum şəxslər xəstəxanaya yerləşdirilən və bir neçə dəfə əməliyyat olunan futbolçuya ağır xəsarətlər yetiriblər. Onun burnunda və yanaqlarında sınıqlar olub.

Aymen Barkokun transfer hüququ "Maynts"a məxsusdur. O, yanvar ayından "Herta Berlin"də icarə əsasında çıxış edir