Sinqapurda 20 ilə yaxın müddətdə ilk dəfə qadın edam edilib. 

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Sinqapur vətəndaşı olan 45 yaşlı  Saridevi Binte Camani 30 qram heroinin qaçaqmalçılığına görə ölüm cəzasına məhkum edilib.

Daha bir sinqapurlu isə mobil telefon vasitəsilə 1 kq marixuananın satışını koordinasiya etdiyinə görə edam edilib.

Qeyd edək ki, Sinqapurda cəmiyyəti qorumaq üçün dünyanın ən sərt anti-narkotik qanunları var. Bu qanunların əsas məqsədi Sinqapuru dünyanın ən təhlükəsiz yerlərindən biri kimi saxlamaqdır.

Gülşən Şərif

İqtisadiyyat.az