MN-dən İqtisadiyyat.az-a verilən məlumata görə, plana uyğun olaraq, hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə onlarla ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.

Təlimə cəlb olunan heyət, həmçinin atəş hazırlığı üzrə məşğələlərə qatılıb, atıcı silahlar və əl qumbaraatanlarından praktiki atış çalışmalarını yerinə yetirib.

Keçirilən toplanışın əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onlara yeni hərbi biliklərin aşılanmasıdır.