"Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi hazırlanacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü il yaz sessiyası üçün iş planına daxil edilib.

Qeyd edilib ki, sessiya müddətində komitə sədri və üzvləri Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ilə birlikdə layihəni hazırlamalıdır.