Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.

AzTV hadisənin baş verdiyi yerdən video yayıb. “Report”un əməkdaşları isə hadisə yerindən fotolar yayımlayıb.

Həmin görüntüləri təqdim edirik: