Bu barədə İqtisadiyyat.az-a Mərkəzdən məlumat verilib.
Şirkətin fəaliyyəti dövründə yaradılan xüsusi proqram vasitəsilə minlərlə vətəndaşın CV-si bazada qeydiyyata alınıb. İş axtaranlar aktiv vakansiyalarla mütəmadi olaraq təmin olunduğu üçün CV bazası da daima yenilənir.
Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzi vətəndaşlara xidmət zamanı ən son yeniliklərdən istifadə edir. Şirkətin daxili sistemi vasitəsi ilə vətəndaşların CV-ləri bazaya daxil edilir, CV-si bazaya daxil edilmiş vətəndaşlar ixtisaslı kadr kimi formalaşmaları üçün avtonom sistemlə təlimlərə cəlb edilir. Təlimləri uğurla başa vuran vətəndaşlar isə işlə təmin olunurlar.
Qeyd edək ki, Mərkəz 2012-ci ildə fəaliyyətə başlayıb.