İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Qeyd edilib ki, artıq bu barədə girovların ailələri məlumatlandırılıb.

****13:37

Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi yanvarın 19-da azad edilməli olan girovların siyahısının təhvil verilməsindən sonra məlumat yayıb.

Vurğulanıb ki, girovların azad edilməsi ilə bağlı razılaşmaya uyğun olaraq, Qəzza zolağında birinci mərhələdə atəşkəs rejimi yerli vaxtla saat 11:15-də qüvvəyə minib.

***12:20

Fələstinin HƏMAS hərəkatı vasitəçilərə yanvarın 19-da azad ediləcək girovların siyahısını İsrailə verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Kan” telekanalı məlumat yayıb.

***10:48

Qəzza Zolağında atəşkəs haqqında razılaşmanın yerli vaxtla saat 08:30-da qüvvəyə minməsi gözlənilirdi. Lakin HƏMAS hələ də azad olunacaq israilli girovların siyahısını təqdim etməyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata örə, bu gün HƏMAS 3 israilli qadının siyahısını təqdim etməli idi.

Xatırladaq ki, İsrailin Baş naziri Binyamin Netanyahu bundan əvvəl bəyan edib ki, əgər HƏMAS girovların siyahısını təqdim etməzsə, atəşkəs rejimi həyata keçirilməyəcək.