Fələstinin HƏMAS hərəkatı Ankarada törədilən terror aktını pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müvafiq bəyanat hərəkatın "Telegram" kanalında dərc olunub.

HƏMAS Türkiyə rəhbərliyi və vətəndaşları ilə həmrəy olduğunu bəyan edib.

Xatırladaq ki, terror aktı oktyabrın 23-də Ankarada baş verib. İki silahlı terrorçu partlayıcıları işə salaraq mühafizəçilərlə atışmaya başlayıb. Məlumata görə, 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

 

Gözəl Həşimova