“Heineken” pivə şirkəti Rusiya bazarını tərk edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Mənbənin sözlərinə görə, şirkət 2023-cü ilin birinci yarısında ölkədəki biznesini satacaq.

Əlavə olaraq bildirilib ki, 2023-cü ilin ilk yarısında satışdan 300 milyon avro itki gözlənilir.