İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Obezitenin Tədqiqi Assosiasiyasının apardığı yeni araşdırmada qeyd olunur.
Bu il təqdim olunacaq araşdırmada duz istehlakı ilə piylənmə arasında güclü əlaqəyə diqqət çəkilib. Qeyd edilib ki, gündəlik qidalardan alınan natrium (xörək duzu) piylənməyə səbəb olur.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, piylənmə bədən kütləsi indeksinin (BKİ) 30 kq/m² və yuxarı olması kimi müəyyən edilir.
Piylənmə daxili orqanlar ətrafında artıq yağ yığılması ilə ölçülür və daha çox ürək-damar xəstəlikləri riski daşıyır. Həddindən artıq duz istehlakı isə piylənmə riskini 330 faizdən çox artıra bilər.
Bildirilib ki, ən çox duz istehlak edən qadınlardır.
Gözəl Azadəliyeva