İmişli rayon İcra Hakimiyyətinin Sabiq başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevin oğlu işdən çıxarılıb.

Trend-in məlumatına görə, Məhəmməd Vilyam oğlu Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilib.

Baş Prokurorluğun Mətbuat xidməti Trend-ə faktı təsdiqləyib.