“Hazırda Agentlik tərəfindən Ağdam, Füzuli, Cəbrayıl, Suqovuşan istiqamətində mina təmizləmə əməliyyatına başlanılıb”.

Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Onun sözlərinə görə, daha sonra hökumət tərəfindən hansı ərazilərin minalardan təmizlənməsi ilə bağlı tapşırıq veriləcəksə, həmin ərazilər minalardan təmizlənəcək.