İqtisadiyyat.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir.

DYP-dən bildirilib ki, hazırda intensiv yağan qarın axşama doğru donması proqnozlaşdırılır, bu da yollarda avtomobillərin sürüşmə ehtimalını dəfələrlə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi ehtimal olunan təhlükələri nəzərə alaraq, bir daha sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.

Bundan başqa, qeyd olunub ki, səkilərin qardan təmizlənmədiyini əsas gətirərək avtomobil yoluna çıxan piyadalardan isə özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə atmamaq, qarlı, buzlu yolda sürücülərə əlavə çətinliklər yaratmamaq, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etmək tələb olunur.