"Bavariya"nın ulduzu Keynin Almaniyada qaldığı müddətdə otel üçün ödədiyi məbləğ məlum olub.

İngiltərə milli komandasının kapitanı Almaniyaya transferini tamamlayaraq "Tottenhem" ilə əlaqələri kəsmişdi. O, bütün yarışlarda 14 oyunda 17 qol vuraraq "Bavariya"ya uyğunlaşdığını göstərdi.

İqtisadiyyat.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, ailəsini hələ Almaniyaya gətirməyən Keyn bir gün üçün otelə 10 min funt sterlinq ödəyir.

Belə ki, ingilis hücumçu Almaniyaya transfer olunduqdan sonra otelə təxminən 1 milyon avro ödəyib.

"Bavariya"da həftədə 415 min fun sterlinq qazanan Keyn artıq bu şəhərdə ev axtarışına başlayıb.