2030-cu ilə qədər Hindistanın neft tələbi ümumi neft tələbinin üçdə birindən çoxunu təmin edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Məlumata görə, yaxın illərdə bu ölkənin neft tələbi daha çox olacaq.

Bildirilib ki, neft emalının artması ilə dəstəklənən dinamik iqtisadi artım, urbanizasiya və sənayeləşmə fonunda Hindistanda ümumi neft tələbi gündəlik 1,2 milyon barel artaraq 6,6 milyona çatacaq. Qlobal neft tələbi artımı isə 3,3 milyon barel ola bilər.

Qeyd edək ki, Hindistan artıq dünyada ikinci ən böyük neft idxalçısıdır və neft məhsullarının ixracında altıncı yerdədir.

 

Gözəl Həşimova