İqtisadiyyat.az xəbər verir ki, 2025-ci ildə dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi 2024-cü il ilə müqayisədə 87.7 milyon manatdan 100 milyon manata çatdırıldığı üçün bu il 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək.  

Bəs orta hesabla 100 min manatlıq mənzili 20-30 illik ipoteka şərtləri ilə əldə etdikdə , nəzərdə tutulan müddətin sonunda vətəndaş ümumilikdə  nə qədər pul ödəmiş olur?

İqtisadçı Fuad İbrahimov "Xəzər Xəbər"ə deyib ki, ödənilən məbləğ ipotekanın növündən asılı olaraq dəyişir.

Onun sözlərinə görə, dövlət ipotekalarının hər kəs üçün əlaçatan olmaması hazırda tikinti şirkətləri tərəfindən təqdim olunan daxili ipotekalara da təlabatı artırır.Burada vaxt məhdduiyyəti və limit olmasa da faizlər daha yüksəkdir.

Ekspert bildirib ki, daxili ipoteka zamanı bəzən vətəndaş 100 min manat dəyərində ı mənzil üçün yekunda 250  min manat  və daha yüksək məbləğ ödəmiş olur.

Millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, fevral ayının 6-dan etbarən ipoteka kreditlərinin alınması üçün müraciət etmək mümkün olacaq.

Ekspertlər hazırda mənzil kreditlərində faizlərin  ümumi bazarla müqayisədə kifayət qədər yüksək olduğunu bildirirlər. Bundan əlavə dövlət ipotekasında maksimum məbləğ 100 min manat təyin olunur ki, bəzi hallarda bu məbləğə mənzil tapılması mümkünsüz olur.