Amerikada bu il keçiriləcək prezident seçkisi ərəfəsində əhali arasında IT brendlər barəsində sorğu aparılıb.
Fins.az xəbər verir ki, sorğu “The Verge” portal tərəfindən keçirilib.
Respondentlərin 91%-i Amazon şirkətinə, 90%-i isə Google və YouTube inandıqlarını bildiriblər.
Feysbuk şəbəkəsinə inanan amerikalılar isə sorğu iştirakçılarının 71%-ni təşkil edib.
Sorğuda ən az güvənilən IT brendi isə 61% səs toplayan Tvitter platforması olub.