Kimyəvi təsirlərə məruz qalan pomidorun sağlamlıq üçün çox zərərli olduğunu qeyd edən mütəxəssislər əhaliyə çağırış ediblər.

İqtisadiyyat.az xəbər verir ki, mütəxəssislər dərmanlı pomidoru ayırd etməyin yolunu açıqlayıb.

Pomidorun dərmanlı olub-olmadığını anlamaq əslində çox sadədir. Pomidorun qabığının çox süni göründüyünü düşünürsünüzsə və çılpaq gözlə ağ cizgiləri hiss edirsinizsə, bu qidada azot turşusu ola bilər. Bu isə sağlamlıq üçün təhlükəlidir.

Qida mütəxəssislərinin sözlərinə görə, pomidorun əsas mövsümü sentyabr ayıdır. Hər mövsüm süni şəkildə bazara çıxarılan tərəvəzlər isə təhlükəlidir. Ona görə də mövsümündən öncə meyvə-tərəvəzlərin istehlak edilməməsi məsləhətdir.