İsveçdə yerli "Hakken" və "Qarabağ" arasında reallaşacaq UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, matç Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.

VAR-da Aleksandr Harkam, AVAR-da isə Kristian Petru Cioçirca olacaq.

Qeyd edək ki, görüş oktyabrın 5-də Höteborqda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.