Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Danışıq zamanı regionda baş verən son hadisələr və Qəzzadakı vəziyyət, eləcə də Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyi də müzakirə edilib.