Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Türkmən Cəbhəsinin sədri Həsən Turan və Kərkük millət vəkili Erşat Salihi ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirliyin "X" sosial media platformasında yer alan paylaşımda deyilir. 

Fidanın Bağdada səfəri çərçivəsində Takaddum Partiyasının sədri Muhammed Halbusi ilə də görüşdüyü bildirilib.

Görüşlərin təfərrüatları barədə əlavə məlumat verilməyib.