Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Danışıq zamanı Kuleba, həmkarı Fidanı yeni vəzifəsi münasibətilə təbrik edərək, Ukraynaya səfər etməyə dəvət edib.

Tərəflər, həmçinin Ukraynadakı cari hadisələri də müzakirə edib.