Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 5-dən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun tviter səhifəsində bildirilib.

Məlumata görə, iyunun 5-də Türkiyənin Xarici İşləri Nazirliyində Mövlud Çavuşoğlunun vəzifəsini təhvil-təslim mərasimi olub.

Qeyd edək ki, Hakan Fidan bundan əvvəl Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) başçılıq edib.