"İsrailin nüvə silahına malik olmasının nüvə silahlanma yarışını aktivləşdirə və əlverişsiz vəziyyətə gətirib çıxara biləcəyindən narahatam".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

"İsrailin nüvə silahına malik olması və regionun nüvəsizləşdirilməsinin uğursuzluğu nüvə silahı yarışının artmasına gətirib çıxaracaq. Bu həm region, həm də bütün dünya üçün əlverişsiz vəziyyətdir", - deyə Fidan bildirib.

Onun sözlərinə görə, İsrailin nüvə silahına malik olması uzun illərdir ki, məlum, lakin qəbul olunmayan sirrdir: "Bu, hamının bildiyi, amma heç kimin etiraf etmədiyi bir həqiqətdir".

Bu xüsusda türkiyəli nazir regionun tam nüvəsizləşdirilməsinin və ya digər ölkələrin öz təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş tədbirlər görməsinin vacibliyini vurğulayaraq, bu mühüm strateji problemin həlli yolunun tapılmasının aktuallığını vurğulayıb.